«Avropa Birliyi Rusiyadan qaz asılılığını azaltmaq üçün enerji müstəvisində Azərbaycan, Türkmənistan və Əlcəzairlə əməkdaşlığını genişləndirmək niyyətindədir.

Teleqraf.com bildirir ki, bu barədə nufuzlu “Fayneşnl Tayms” qəzeti məlumat yayıb. Avropa Komisisyasının enerji məsələləri üzrə komissiyanın sədr müavini Maroş Şefçoviç bildirib ki, Avropa artıq qış üçün qaz hazırlığı məsələsini müzakirə etməkdən yorulub.

“Avropa hər il yayda qışı necə yola vermək haqqında müzakirələrdən yorulub. Nəhəng iqtisadiyyata malik olan ölkələrin 21-ci əsrdə belə problemi olmamalıdır”,- deyə Şefçoviç vurğulayıb. Bununla yanaşı, o, Rusiyanı Avropa Birliyi üçün enerji təchiatçısı kimi qalacağını deyib.

“Buna baxmayaraq Moskvanın nufuzu xeyli aşağı düşəcək”-deyə AB rəsmisi etiraf edib.

Şefçoviç Trans-Adriatik Qaz layihəsinin (TANAP) prioritet layihə olacağını açıqlayıb. Bu layihə çərçivəsində 2020-ci ildən etibarən Azərbaycandan İtaliyaya qaz ixrac olunacaq.

Avropa Komissiyasının məlumatlarına görə, ötən il tələb olunan enerjinin 53 faizin idxal edilib. Burada Rusiyanın payı 27 faiz olub. Bununla yanaşı Avropanın 6 ölkəsi üçün Rusiya qazı yeganə çıxış yoludur.

X.SƏFƏROĞLU