
2022-ci ildə Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları 2021-ci illə müqayisədə 82,2 % artıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.
“Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar və biznesin davamlı olaraq şəffaflaşması dövlət büdcəsinə vergi daxilolmalarının dinamikasına ciddi töhfə verir.
2022-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları 2021-ci illə müqayisədə 82,2 % artaraq 15 milyard 541,5 milyon manat təşkil edib. Bu dövr ərzində qeyri-neft-qaz sektoru üzrə daxilolmalar isə 27,9 % artaraq 8 milyard 134,9 milyon manat olub", - M.Cabbarov bildirir.
In 2022, the tax revenues to the state budget grew by 82.2%, compared to 2021, and amounted to 15 bln. 541.5 mln. . During this period, the tax revenues in the #nonoil-gas sector increased by 27.9% and reached 8 bln. 134.9 mln. .#EconomyAz #StateTaxService pic.twitter.com/gHFsn6GbN0
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 16, 2023