Dünyanın ən yüksək inflyasiya nisbətinə malik Venesuela öz valyutasından 6 sıfırı silib.
Teleqraf.com xəbər verir ki, Venesuela milli valyutası olan bolivarın altı sıfırı silinmiş yeni əsginasları təqdim edilib.
İndiyə qədər çap olunan ən yüksək əsginas dəyərinin dörddə birinə bərabər olan 1 milyon bolivar idi. Yeni əsginasların ən böyüyü 100 bolivar 25 dollara yaxındır. Bu dəyişiklik həm nağd əməliyyatları, həm də mühasibat hesablamalarını asanlaşdırmaq məqsədi daşıyır.
Venesuela Mərkəzi Bankının açıqlamasına görə, dəyişiklik valyutanın dəyərinə təsir etməyəcək.