Neftlə zəngin Nigeriya kənd təsərrüfatını maliyyələşdirmək üçün Braziliyadan 1,2 milyard dollar kredit alacaq.

Teleqraf.com xəbər verir ki, bunu Nigeriyanın Maliyyə, büdcə və milli planlaşdırma naziri Zeynəb Əhməd deyib.

O bildirib ki, 2021-ci il büdcəsində neftdən başqa ölkə iqtisadiyyatına ən böyük töhfə verən kənd təsərrüfatı sektoruna da investisiya yatırılacaq:

“Braziliyadan əkinçilik sektorunu maliyyələşdirmək üçün 1,2 milyard dollar borc alacağıq. Bu kreditlə kənd təsərrüfatındakı problemlər həll ediləcək”.

Qeyd edək ki, Afrikanın ən böyük xam neft istehsalçısı olan Nigeriya 2021-ci ildə orta hesabla 40 dollar/barellə gündəlik 1.86 milyon barel xam neft çıxarmağı planlaşdırır.