BAKI, 2 mart. TELEQRAF

“Bizim ən böyük işimiz legionerlərlə bağlıdır. Biz öncə onları elə mental bağlamalıyıq ki, bilməlidirlər hansı ölkədədirlər”.

Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən Məşqçilər Forumunun açılış mərasimində deyib.

“Qarabağ” bizim üçün böyük addır. Bu komandada olmaq məni daha tez böyütdü. Futbolçularıma deyirəm ki, ilk növbədə Azərbaycan qaydalarına uyğunlaşmalı, hansı ad altında çıxış etdiyinizi bilməlisiniz. Legionerlərlə ilk tanışlığımda bunu bildirdim və üzərində durdum. Bir dəfə bildirərək uğur əldə edə bilməzsən. Daha çox xarici oyunlardan öncə bunu deyirdim. Avropada mübarizədə tək qalanda bildirirdim ki, 10 miıyonluq əhali bizi gözləyir. Məğlub ola bilərik, amma döyüşüb, sona qədər mübarizə aparmalı olduğumuzu bildirirdim. Məşqçi ilə futbolçu arasında tet-a-tet diskusiya önəmlidir. Daim bunu bildirir və müəllim-şagird kimi bunu edirdik” - Qurbanov bildirib.