BAKI, 13 sentyabr. TELEQRAF

İtaliya təmsilçisi “Fiorentina”nın argentinalı futbolçusu Franko Mastantuono bir oyunda 3 rekorda imza atıb.

Teleqraf xəbər verir ki, “Real” Madridə məxsus olan və “Fiorentina”da icarə əsasında çıxış edən 19 yaşlı vinger A Seriyasının IV turunda “Venesiya” ilə qarşılaşmada (4:2) het-trik edib.

Mastantuono 19 yaş 28 günlük olarkən A Seriyası tarixində het-trik edən ən gənc əcnəbi futbolçu olub. O, həmçinin “Fiorentina”nın tarixində İtaliya çempionatının bir oyununda birdən çox qol vuran ən gənc futbolçu adına yiyələnib.

Bu göstəricidə əvvəlki rekord 1974-cü ildə 19 yaş 52 günlük olarkən dubl edən Klaudio Dezolatinin adına idi.

Mastantuono həmçinin “Böyük beşlik” ölkələrinin çempionatlarında bir oyunda 3 qol vuran ən gənc argentinalı futbolçu olub.

Beləliklə, o, Lionel Messinin rekordunu da yeniləyib. Messi 2007-ci ilin martında İspaniya təmsilçisi “Barselona”nın “Real” Madridlə 3:3 hesablı heç-heçə etdiyi oyunda het-trik edərkən 19 yaş 259 günlük idi.

Qeyd edək ki, Franko Mastantuononun müqaviləsi “Real” Madridə məxsusdur.