BAKI, 3 may. TELEQRAF
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa Kubokunda bürünc medal qazanıb.
Teleqraf xəbər verir ki, Azərbaycan komandası çarpaz qarşılaşmada lentlərlə hərəkətlərin icrasında 21.250 xal toplayaraq Estoniya yığmasına qalib gəlib.
Ukraynadan üstün olan Bolqarıstan qızıl, Gürcüstanı məğlub edən İtaliya yığması gümüş mükafata yiyələnib.
Qeyd edək ki, 25 ölkənin 170-dən çox gimnastının qatıldığı Avropa Kubokuna mayın 4-də yekun vurulacaq.