
İngiltərə Premier Liqasında mübarizə aparan “Çelsi” klubu almaniyalı hücumçu Andre Şüllerlə yollarını ayırıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Şüllər Almaniya Bundesliqasında hazırda ikinci yerdə qərarlaşan “Volfsburq” klubuna transfer olunub. Fubolçu bu klubla 2019-cü ilədək 33 milyon avro dəyərində müqavilə bağlayıb. Müqaviləyə əsasən hücumçunun illik əmək haqqı 6 milyon avro olacaq.
Qeyd edək ki, 2013-cü ilin yayında Leverkuzenin “Bayer” klubundan “Çelsi”yə gələn Şüller keçirdiyi 58 oyunda 13 qol vurub.
Samir