BAKI, 21 noyabr. TELEQRAF

Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının Qızılağac Milli Parkının əməkdaşları ilə birgə keçirdikləri tədbirlərlə Milli Parkın su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan S.Babayev saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, baxış zamanı ondan çəkisi 10 kiloqramdan artıq müxtəlif növ balıqlar və qadağan olunmuş ov alətləri aşkarlanıb.

"Faktlarla bağlı araşdırma aparılır.

Su bioresurslarının mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə polis əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Su Nəqliyyatında Polis İdarəsi tərəfindən ekoloji cinayət törədənlərə qarşı mübarizə tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.