ŞƏMKİR, 23 noyabr. TELEQRAF

Şəmkir rayonunda 43 yaşlı kişinin meyiti aşkarlanıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Şəmkir rayonunun kəndlərindən birində baş verib.

1983-cü il təvəllüdlü İlqar Məmmədovun meyiti tapılıb. İlkin ehtimala görə, mərhumun meyiti vəhşi heyvan tərəfindən parçalanıb.

Hadisə ilə bağlı araşdırma başlanılıb