SUMQAYIT, 1 oktyabr. TELEQRAF

Sumqayıtın mərkəzi küçələrindən birində qəza baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

İlkin məlumata görə, “Kia Optima” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı səkiyə çırpılıb.

Hadisə zamanı xəsarətalanların olduğu bildirilir. Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.