BAKI, 30 sentyabr. TELEQRAF

Bərdə sakini həmkəndlisini qətlə yetirib.

Teleqraf xəbər verir ki, hadisə rayonun Molla Əhmədli kəndində qeydə alınıb.

2000-ci il təvəllüdlü Elnur Rüstəmov bıçaqla qətlə yetirilib. Onu 1996-cı il təvəllüdlü Cavad Hüseynovun bıçaqladığı bildirilir.

İlkin məlumata görə, qonaqlıqda yeyib-içən zaman onların arasında mübahisə yaranıb. Mübahisə C.Hüseynovun evinin qarşısında davam edib. C.Hüseynov E.Rüstəmovu ürək nahiyəsindən bıçaqlayıb. Sonuncu aldığı xəsarətdən hadisə yerində ölüb.

C.Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.