NAXÇIVAN, 30 sentyabr. TELEQRAF

Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Böyükdüz kəndi ərazisindən keçən hissəsində avto-qəza baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, qəza zamanı 75-BX-715 dövlət nömrə nişanlı "Xəzər" markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 2010-cu il təvəllüdlü Ələsgərli Hüseyn Vilayət oğlu, 1998-ci il təvəllüdlü Rəsulov Xəyal İbrahim oğlu, 2009-cu il təvəllüdlü Əliyev Nihad Kamal oğlu, 2002-ci il təvəllüdlü Xəlilzadə Vaqif Eldəniz oğlu və 2007-ci il Tahirov Qəzənfər Rasim oğlu xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, fakla bağlı araşdırma aparılır.