SUMQAYIT, 30 sentyabr. TELEQRAF
Sumqayıt ərazisində baş verən yol qəzası faciə ilə nəticələnib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Bakı-Quba magistralının şəhərdən keçən hissəsində yük avtomobili piyadanı vurub.
“Mercedes Atego” markalı nəqliyyat vasitəsini idarə edən 1991-ci il təvəllüdlü Ceyhun Niftəliyev yolu keçən 1973-cü il təvəllüdlü Qəhrəman Həmidovu vurub.
Ağır xəsarətlərlə tibb müəssisəsinə aparılan 53 yaşlı kişi orada dünyasını dəyişib.
Hadisə ilə bağlı müvafiq araşdırma aparılır.