KƏLBƏCƏR, 16 iyul. TELEQRAF
12 iyul 2026-cı il tarixində Levçay çayının Kəlbəcər rayonu, Çəpli kəndindən keçən hissəsində batan 2015-ci il təvəllüdlü Abutalıbov Yaqub Zabil oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Teleqraf-a FHN Mətbuat xidmətindən bildirilib.
***
15:44
Kəlbəcər rayonu Çəpli kəndində axtarışları davam edən 2015-ci il təvəllüdlü Abutalıbov Yaqub Zabil oğlunun meyiti tapılıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Y. Abutalıbovun cansız bədəni Fövqaladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən təxminən 600 metr kənarda tapılıb.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə aparılıb.
İlkin ehtimala görə, hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal olunur.
Faktla bağlı Kəlbəcər rayon Prokurorluğunda araşdırma başlanılıb.
Qeyd edək ki, Bərdə sakini olan yeniyetmə iyulun 12-də çaya düşüb.