BAKI, 2 noyabr. TELEQRAF
Azərbaycandan Gürcüstana qanunsuz mal keçirməsinin qarşısı alınıb.
Bu barədə Teleqraf-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Sərhəd Nəzarətinin "Qırmızı körpü" dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycandan Gürcüstan istiqamətinə hərəkət edən iki "MAN" markalı yük nəqliyyat vasitəsi sərhəd naryadı tərəfindən təkrar yoxlamaya cəlb olunub.
Bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitələrinin yük sənədlərində gips daşındığı göstərilsə də, 240 ədəd (24 kiloqram) qəlyan tütünü, 1119 ədəd avtomobil ehtiyat hissəsi və 40 ton dizel yanacağı aşkar edilib.
Fakt üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.