BAKI, 2 oktyabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfər (uşaq) minik avtomobilində qapıların kilidlənməsi nəticəsində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar Nazirliyin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində uşaq xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.