BAKI, 21 iyun. TELEQRAF

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı və Gəncə şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq olaraq Xüsusi Riskli Xilasetmə Xidmətinin və Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 2 əməliyyat keçirilib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərə köməklik göstərilib, 1 nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.