BAKI, 21 iyun. TELEQRAF

"Anthropic" şirkətinin qadağan olunmuş "Mythos" adlı süni intellekt modeli ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) demək olar ki, bütün məxfi resurslarına giriş əldə etməyi bacarıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Economist" nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ senatoru Mark Uorner bildirib ki, Milli Təhlükəsizlik Agentliyinə və Pentaqonun Kibermandanlığına rəhbərlik edən general Coşua Radd bu barədə ona məlumat verib.

Generalın sözlərinə görə, "Mythos" modeli məxfi sistemlərin demək olar ki, hamısını həftələr ərzində deyil, cəmi bir neçə saat ərzində sındırmağ" nail olub.

Nəşr qeyd edir ki, bu hadisə süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda milli təhlükəsizlik sahəsində yeni risklərlə bağlı narahatlıqları daha da artırıb.