BAKI, 19 iyun. TELEQRAF
Türkiyənin İstanbul şəhərində Sabiha Gökçen Hava Limanına doğru hərəkət edən metro qatarının relsdən çıxmasının səbəbi məlum olub.
Teleqraf Türkiyə KİV-nə istinadla xəbər verir ki, hadisənin relsin yoldəyişmə sistemindəki nasazlıq səbəbindən baş verdiyi bildirilib.
Məlumata görə, hadisə zamanı üç nəfərə xəsarət alıb və ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.
***
21:30
İstanbul metrosunda qatar relsdən çıxıb.
Teleqraf xəbər verir ki, sərnişinlər tunel vasitəsilə təxliyə olunub.
Hələlik xəsarət alanlar barədə məlumat yoxdur.
Hadisə 19 iyun axşamı şəhərin Bostancı rayonundakı M4 xəttində baş verib. Qatar Kadıköy bələdiyyəsindən Sabiha Gökçen hava limanına gedirdi. Qəzanın səbəbi araşdırılır.