BAKI, 18 iyun. TELEQRAF

Azərbaycanda ötən gün itkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, polis əməkdaşlarının iyunun 17-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.