MİNGƏÇEVİR, 18 iyun. TELEQRAF

Mingəçevirdə restoranda kişi ölüb.

Teleqraf xəbər verir ki, hadisə Ş.İ.Xətai küçəsində yerləşən iaşə obyektində baş verib.

Belə ki, 1967-ci il təvəllüdlü şəhər sakini Asəm Məmmədov masa arxasında olarkən vəfat edib.

İlkin müayinə zamanı onun ürək çatışmazlığından öldüyü müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.