BAKI, 21 iyun. TELEQRAF

İran ABŞ-dən tərəflər arasında imzalanmış anlaşma memorandumunun qarşılıqlı təhdidlərin yolverilməzliyini nəzərdə tutan birinci bəndinə əməl etməsini tələb edir.

Teleqraf xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İran tərəfi ABŞ Prezidenti Donald Trampın memorandumun təhdidləri qadağan edən birinci bəndinə riayət etməsində israrlıdır.

Telekanalın məlumatında qeyd olunur ki, Trampın son açıqlamalarından sonra İran nümayəndə heyətinin danışıqlar zalına qayıdıb-qayıtmayacağı hələlik məlum deyil.

Mənbələrin bildirdiyinə görə, Tehran Vaşinqtonun imzalanmış razılaşmanın şərtlərinə tam əməl etməsini danışıqların davamı üçün vacib şərt hesab edir.