BAKI, 19 iyun. TELEQRAF

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Gəncə şəhər sakini 1984-cü il təvəllüdlü Xəyal Məmmədov Rusiya tərəfindən döyüşlərdə iştirak edib və dron hücumu nəticəsində ölüb.

Təxminən iki ay öncə Rusiyaya gedən X.Məmmədovla yaxınları sonuncu mayın 4-ü danışıb.

Onun nəşi hələ ki, tapılmır.

Rusiya tərəfindən nəzərdə tutulan vəsait də ödənilməyib.