BAKI, 21 iyun. TELEQRAF

ABŞ administrasiyası İranın neft satışından əldə etdiyi gəlirlərin necə xərclənəcəyinə nəzarət etmək istəyir.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts CBS telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, İranın neft gəlirlərindən əldə olunan vəsaitlər ABŞ-nin nəzarət edə bilmədiyi gizli fondlara deyil, monitorinq aparılmasının mümkün olduğu istiqamətlərə yönləndirilməlidir.

"Bu vəsaitlər hansısa gizli fonda deyil, bizim nəzarət edə biləcəyimiz yerlərə daxil olacaq. Əgər bu, razılaşdığımız şərtlərə uyğun olmazsa, biz bunu tam şəkildə dayandıra bilərik. Prezident Donald Tramp əvvəlki məhdudiyyətləri yenidən tətbiq edə bilər", - deyə Uolts bildirib.

ABŞ rəsmisi vurğulayıb ki, Vaşinqton Tehranla əldə olunacaq mümkün razılaşmaların icrasına ciddi nəzarət etmək niyyətindədir.