CULFA, 19 iyun. TELEQRAF
İyunun 11-də Culfa şəhərdəki beş mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində baş verən yanğında xəsarət almış 2004-cü il təvəllüdlü Fidan Zeynalova gecə saatlarında dünyasını dəyişib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, o, müalicə olunduğu xəstəxanada vəfat edib.
Qeyd edək ki, yanğın zamanı onun azyaşlı övladı 2023-cü il təvəllüdlü Emil Zeynalov da xəstəxanada dünyasını dəyişmişdi.
***
CULFA, 11 iyun.
17:02
Culfa şəhərində baş verən yanğında xəsarət alan azyaşlı dünyasını dəyişib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, yanğın nəticəsində xəsarət alan 2023-cü il təvəllüdlü Zeynalov Emil Cəfər oğlu dünyasını dəyişib.
Qeyd edək ki, baş verən hadisədə 2004-cü il təvəllüdlü Zeynalova Fidan Dünyamin qızı da xəsarət alıb. Hazırda onun müalicəsi davam edir. Vəziyyəti ağır olduğundan onun Bakı şəhərinə göndərilməsi gözlənilir.
***
13:37
Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində çoxmərtəbəli yaşayış binasında iki nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb.
Hadisə nəticəsində 2004-cü il təvəllüdlü Zeynalova Fidan Dünyamin qızı və onun övladı, 2023-cü il təvəllüdlü övladı Zeynalov Emil Cəfər oğlu 2-ci dərəcəli yanıq xəsarətləri alıblar. Hər iki yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.