GƏNCƏ, 21 iyun. TELEQRAF
Gəncədə 17 yaşlı yeniyetmənin yaşadığı evdə meyiti tapılıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 2009-cu il təvəllüdlü Ə. Novruzovun meyiti yaşadığı Məhsəti qəsəbəsindəki evində tapılıb.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Məlumat üçün bildirək ki, Ə. Novruzov 11-ci sinif şagirdi olub.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.