BAKI, 21 iyun. TELEQRAF
İsrail Livanın cənubunda yerləşən təhlükəsizlik zonasından, o cümlədən Bofor qalası ərazisindən qoşunlarını geri çəkməyi planlaşdırmır.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats "X" sosial şəbəkəsində paylaşım edib.
Nazir bildirib ki, Bofor qalası Livandakı təhlükəsizlik zonasının ayrılmaz hissəsidir və həm Qalileyanın, həm də İsrail Müdafiə Qüvvələrinin (SAXAL) müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır.
"İsrail Bofordan qoşunlarını çıxarmaq niyyətində deyil. Bu ərazi Livandakı təhlükəsizlik zonasının ayrılmaz hissəsidir və Qalileyanın müdafiəsi üçün strateji əhəmiyyətə malikdir", - deyə Kats vurğulayıb.
O əlavə edib ki, Baş nazir Binyamin Netanyahu ilə birlikdə İsrailin Livandakı təhlükəsizlik zonasından qoşunlarını çıxarmayacağını açıq şəkildə bəyan ediblər.