ASTARA, 18 iyun. TELEQRAF
Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın cənub bürosu xəbər verir ki, hadisə rayonun Təxtənəkəran-Hamuşm kənd yolunda qeydə alınıb.
Astara rayonunun Niləşə kənd sakini Tərlan Sənham oğlu Eyvazov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi hündürlükdən dərəyə aşıb. Qəza zamanı sürücü Tərlan Eyvazov həyatını itirib.
Avtomobildə sərnişin kimi olan 1977-ci il təvəllüdlü Azər Xanoğlan oğlu Rzayev, 1980-cı il təvəllüdlü İbrahim Xanəhməd oğlu Məmmədov və 1980-cı il təvəllüdlü Nazim Balağa oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Vəziyyəti ağır olan Azər Rzayev reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralıların müalicəsi isə təcili yardım şöbəsində davam etdirilir.
Qəzanın səbəbləri araşdırılır.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.