AĞDAM, 18 iyun. TELEQRAF

Ağdamda baş verən qəza zamanı xəsarət alan 4 nəfərin vəziyyəti açıqlanıb.

TƏBİB-dən Teleqraf-ın Qarabağ bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Ağdam rayonunun İmamqulubəyli qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 18 iyun 2026-cı il tarixində saat 23:00 radələrində 4 nəfər (1 kişi, 3 qadın) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara bədənin müxtəlif nahiyələrinin açıq yaraları və travmaları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

***

23:42

2026.06.18

Ağdamda baş verən qəza zamanı xəsarət alanların kimliyi məlum olub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza zamanı üçü bacı olmaqla 1979-cu il təvəllüdlü Baxşalıyeva Mələk Rüstəm qızı, 1975-ci il təvəllüdlü Hümbətova Nicat Rüstəm qızı, 1981-ci il təvəllüdlü Zeynalova Məhbubə Rüstəm qızı və 4 yaşlı Hümbətov Etibar Kənan oğlu müxtəlif dərəcəli xəsarət alıb.

Faktla bağlı araşdırma davam etdirilir

***

22:55

Ağdamda 4 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza rayonun 83 saylı İmamqulubəyli qəsəbəsi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan "VAZ"2106 markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə yol kənarında olan 4 nəfəri vurub.

Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.