BAKI, 21 iyun. TELEQRAF

Cənubi Koreya dünyanın ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib və hazırda qlobal silah ixracatçıları arasında doqquzuncu yerdə qərarlaşıb.

Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri "Stockholm International Peace Research Institute"nin hesabatına istinadən məlumat yayıb.

Məqalədə qeyd olunur ki, Cənubi Koreya son illərdə silah ixracını əhəmiyyətli dərəcədə artıraraq beynəlxalq silah bazarında mövqeyini gücləndirib.

"Politico"nun yazdığına görə, ölkə hazırda dünyanın doqquzuncu ən böyük silah təchizatçısıdır və silah ixracı sahəsində ən sürətlə böyüyən dövlətlərdən biri hesab olunur.

Hesabatda Cənubi Koreyanın müdafiə sənayesinin son dövrdə əldə etdiyi uğurların qlobal silah bazarında onun rolunu daha da artırdığı vurğulanır.