BAKI, 2 oktyabr. TELEQRAF
Hacıqabul rayonunun Muğan qəsəbəsində yanğın olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, obyekt ərazisində həcmi 3 ton olan yanacaq çəni yanıb. Ərazidə olan bitum çənləri yağından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.