BAKI, 1 oktyabr. TELEQRAF

Bakının Nəsimi rayonunda restoranda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 250 m² olan restoranın mətbəxində 2 ədəd fri aparatı və yağ qalıqları 2 m² sahədə yanıb.

Restoran yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.