BAKI, 30 sentyabr. TELEQRAF

Amerikanın Koventri şəhərində avtomobilin bağçanın hasarını aşaraq uşaqların üzərinə çırpılması nəticəsində beş uşaq xəsarət alıb .

Teleqraf xəbər verir ki, qəza zamanı oyun meydançasında 15 uşaq olub. Onlardan 5-i müxtəlif dərəcəli bədən xəsarətləri ilə yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Onların həyatı təhlükədə deyil.

Polis qəzanın səbəbini müəyyənləşdirir.