BAKI, 30 sentyabr. TELEQRAF

Zaqatala rayonunun Sumaylı kəndində "Kamaz" markalı yük avtomobilinin kabinə hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Zaqatala rayonunun Uzunqazmalar kəndində “New Holland” markalı kombaynın mühərrik hissəsi yanıb.

Kombaynın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.