BAKI, 30 sentyabr. TELEQRAF
Bakı şəhərində növbəti yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Teleqraf xəbər verir ki, 1998-ci il təvəllüdlü, paytaxt sakini Nəcəfov Aydın Gülağa oğlu sentyabrın 28-də Xəzər rayonu, Bilgəh qəsəbəsi istiqamətində idarə etdiyi avtomobillə qəza törədib.
Sürücü aldığı xəsarətlərdən bir gün sonra xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.