BAKI, 28 sentyabr. TELEQRAF

Türkiyənin Mersin şəhərinin Tarsus rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus TIR ilə toqquşub.

Teleqraf xəbər verir ki, Ankara-Tarsus Otoyolu Damlama ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı mikroavtobusda olan 3 nəfər ölüb, 16 nəfər isə yaralanıb.

Hazırda hadisə yerində Türkiyənin polis və xilasetmə qurumlarının əməkdaşları cəlb olunub. Xilasetmə işləri davam etdirilir.