BAKI, 26 sentyabr. TELEQRAF

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 200 m² olan 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 30 m² sahədə, 1 ədəd kombi aparatı və 1 ədəd kondisioner yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.