​AĞDAM, 29 may. TELEQRAF

Ağdam rayon sakini qida zəhərlənməsi nəticəsində həyatını itirib.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Əsədov Murad Oruc oğlu göbələk yedikdən sonra qəfil halı pisləşib.

O, dərhal Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.