BAKI, 28 may. TELEQRAF
Ötən gün narkotiklərlə bağlı bir sıra əməliyyat tədbirləri keçirilib.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 27-də ümumi çəkisi 9,5 kiloqramdan artıq narkotik vasitə, 21 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 1,6 ton çəkidə 5331 ədəd çətənə kolu məhv edilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.