BAKI, 26 may. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 350 yanğına çıxış, 31 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 16-sı azyaşlı olmaqla 39 nəfər xilas edilib, 9 nəfər təxliyə olunub, 9 nəfər xəsarət alıb, 1 nəfər tüstüdən zəhərlənib, 5 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.