BAKI, 24 may. TELEQRAF

Sumqayıt şəhərində iki nəfərin bank kartından oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, mayın 22-də Sumqayıtda naməlum şəxs şəhər sakinini aldadaraq adına olan bank kartından 150 manat çıxarıb, digər kartdan isə 2600 manat oğurlayıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.