BAKI, 22 may. TELEQRAF

Siyəzən rayonunun Yenikənd kəndində ümumi sahəsi 400 m² olan sexin yanar konstruksiyaları yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Yaxınlıqdakı digər sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.