BAKI, 22 may. TELEQRAF
Çinin cənubundakı Quyçjou əyalətində baş verən torpaq sürüşməsi nəticəsində çoxlu sayda insan dağıntılar altında qalıb.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, fövqəladə hadisə Dafan qraflığında baş verib. Ölən və yaralananlar barədə məlumat yoxdur.
Hazırda hadisə yerində xilasetmə işləri aparılır.