YEVLAX, 20 may. TELEQRAF
Yevlaxın Havarlı kəndində qeydə alınan toz burulğanı hadisəsi bölgə sakinləri və sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.
Teleqraf-yerli bürosunun məlumatına görə, hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərdə toz burulğanının intensivliyi və ərazinin görünüşü diqqət çəkib. Bəzi istifadəçilər bu hadisəni təbii fəlakət kimi qiymətləndirib, digərləri isə bunun təbii hadisə olduğunu qeyd ediblər.
Qeyd edək ki, sosial şəbəklərdə məlum təbiət hadisəsinin Mingəçevir şəhərində qeydə alındığı xəbəri yayılmışdı.