​BAKI, 20 may. TELEQRAF

Sumqayıt şəhəri ərazisində yerləşən evlərin birindən qızıl-zinət əşyaları və 700 manat pul oğurlanıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı S.Məmmədov saxlanılıb.

Bundan başqa, Nəsimi və Nizami rayonlarında 2 nəfərin mobil telefonlarını oğurlamış 30 yaşlı A.Abbasov və 52 yaşlı C.Kərimov da saxlanılıblar.

Araşdırmalar aparılır.