TƏRTƏR, 19 may. TELEQRAF

Tərtərdə Birinci Qarabağ müharibəsi qazisi əli doğranmış vəziyyətdə xəstəxanaya gətirilib.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, yaralı rayon sakini 1970-ci il təvəllüdlü Məhərrəmov Cabbar Məmməd oğludur.

Onun hansı səbəbdən belə xəsarət alması hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.