BAKI, 19 may. TELEQRAF

Bakının Xətai rayonu ərazisində yerləşən bir evin girişindən 850 manat dəyərində velosiped oğurlanıb.

Teleqraf-ın xəbərinə görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətmiş, əvvəllər məhkum olunmuş 36 yaşlı R.Əliyev saxlanılıb.

Aparılan araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxs eyni gündə rayon ərazisindəki digər bir evin girişindən 865 manat dəyərində skuter də oğurlayıb.

Bundan başqa, rayon ərazisində daha bir evdən oğurluq hadisəsi qeydə alınıb. Keçirilən tədbirlər nəticəsində 950 manat dəyərində təmir alətləri oğurlamış 24 yaşlı T.Mehdiyev və əvvəllər məhkum olunmuş 40 yaşlı A.Həsənov da saxlanılıblar.

Araşdırmalar aparılır.