BAKI, 19 may. TELEQRAF

Binəqədi rayonunda bir nəfərin itirdiyi bank kartından 448 manat oğurlanıb.

Daxili İşlər Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Məsələ ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə daxil olmuş müraciət əsasında keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 24 yaşlı R.Talıbov saxlanılıb.

Araşdırma aparılır.