BAKI, 17 may. TELEQRAF

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 16-da ümumi çəkisi 13 kiloqrama yaxın narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 132 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.